Samir Bağırovdan şok etiraflar
  • Bir neçə il olar ki, səhnədən uzaq düşən ekstravaqant müğənni Samir Bağırovdan xəbər var.

Samir səhnələrdən uzaq düşməsinin bir çox səbəblərindən danışıb: “Bu həyatda hər şeyin bir səbəbi var. Mənim səhnədən uzaq düşməyimin isə bir yox, bir neçə səbəbi var. Hər dəfə mətbuata açıqlamamda “səhnəyə qayıdıb, yeni mahnılar yazdıracağam” dedim, amma olmadı. Başıma bir çox hadisələr gəldi. Amma hər şey geridə qaldı”.

Müğənni deyib ki, arxada qalan günlərində ən böyük çətinliyi maddi vəziyyəti ilə bağlı olub:

“İşlərim heç düz getmədi. Önəmli olan çətin vaxtlarımda mən dostlarımı və düşmənlərimi tanıdım. Nə yaxşı ki, ölkəmdə məni sevən, sənətimə dəyər verən insanlar var”.

(ailəm.az)

Geri dön
Hadisələrdən həmən xəbərdar olmaq üçün avtomatlaşdırılmış TWITTERFACEBOOK hesablarımıza üzv olun.
Facebook hesabınız vasitəsilə xəbərlərə rəylərinizi bildirin.
Facebook hesabınıza daxil olun və aşağıdakı aktiv olacaq paneldə öz fikrinizlə bölüşün.