Fransız futbolunun ulduzu “Qarabağ”a gəlir?
  • Ağdamın “Qarabağ”ı Avropa Liqası qrup mərhələsindən öncə heyəti möhkəmləndirməyi planlayır.

Dünən “Qarabağ”ın vitse-prezidenti Tahir Gözəl bəyan edib ki, klubun rəhbərliyi baş məşqçi Qurban Qurbanovun seçdiyi legionerləri alacaq.

Ağdam klubuna təklif edilmiş futbolçulardan birinin adı bəlli olub. Bu, fransız futbolçusu Floran Maludadır.
Bu yaxınlarda baş məşqçi ilə dalaşan 34 yaşlı yarımmüdafiəçi “Trabzonspor”dan qovulub.

Maluda türk klubu ilə avqustun 31-də müqaviləni pozub, bu səbəbdən də yeni kluba keçməyə tam ixtiyarı var.

Yeri gəlmişkən, Maludanın namizədliyi Qurban Qurbanovu qane etmədi. Fransanın sabiq oyunçusu artıq bacardığını edib, xasiyyəti də bal deyil. Həm də “Qarabağ” tanınmış oyunçunun məvacibinə ödəyə bilməz.

“Trabzonspor”da Maluda ilə 2 milyon avro alırdı, “Qarabağ”da isə oyunçunun illik məvacibi 400 000 avroya belə çatmır. Eləcə də “Qarabağ” diqqətini hücum mərkəzində oynaya biləcək oyunçu axtarışına cəmləyib, Maluda isə tipik sol yarımmüdafiəçidir.

Bu səbəbdən də Maluda “Qarabağ”da olmayacaq, amma başqa tanınmış oyunçu Qurban Qurbanovun sərəncamında ola bilər. Bir müddət öncə “Qarabağ”ın məşqçisi Vladimir Dvalişvilinin namizədliyinə qayıdıb. Gürcüstan yığmasının hücumçusu “Legiya”dan Danimarkanın “Odense”sinə keçib.

(Azerifootball.com)

Geri dön
Hadisələrdən həmən xəbərdar olmaq üçün avtomatlaşdırılmış TWITTERFACEBOOK hesablarımıza üzv olun.
Facebook hesabınız vasitəsilə xəbərlərə rəylərinizi bildirin.
Facebook hesabınıza daxil olun və aşağıdakı aktiv olacaq paneldə öz fikrinizlə bölüşün.