Azərbaycanın 15 güləşçisi dünya reytinqinin onluğunda
  • Güləş üzrə dünya Federasiyası sərbəst və yunan-roma güləşi üzrə reytinqi yeniləyib.

Onluğa 15 idmançı daxil olub. Sərbəst güləşdə Hacı Əliyev (61 kiq) birincidir, Ruslan Dibirhacıyev (70 kq) və Cəbrayıl Həsənov (74 kq) ikinci yeri tuturlar, Əhmədnəbi Qvarzatilov (57 kq)  - üçüncüdür. 97 kq çəki kateqoriyasında Hetaq Qazumov üçüncüdür, Şərif Şərifov isə - altıncı, Qamzat Osmanov (86 kq) – doqquzuncudur. Və nəhayət, 125 kq çəki kateqoriyasında Əli İsayev yeddinci, Cəmaləddin Maqomedov isə səkkizincidir.

Yunan-Roma güləşində Həsən Əliyev (66 kq) və Rəsul Çunayev (71 kq) əvvəlki kimi ikinci yerdədirlər. 75 kq çəki kateqoriyasında Elvin Mürsəliyev altıncı, Rafiq Hüseynov isə yeddincidir. Şalva Qadabadze (98 kq) da yeddincidir, Saman Təhmasibi (85 kq) isə doqquzuncu yeri tutur.

(azerisport.com)

Geri dön
Hadisələrdən həmən xəbərdar olmaq üçün avtomatlaşdırılmış TWITTERFACEBOOK hesablarımıza üzv olun.
Facebook hesabınız vasitəsilə xəbərlərə rəylərinizi bildirin.
Facebook hesabınıza daxil olun və aşağıdakı aktiv olacaq paneldə öz fikrinizlə bölüşün.