Azərbaycan idmançısı fırıldaqçılıqda ittiham edilib
  • Avqustun sonunda Çində sona çatan gənclər Olimpiadasında tarixə ən irimiyaslı idman fırıldağı kimi düşə bilər.

Bəzi məlumatlara görə 63 kq çəki kateqoriyasında öz yaşını 6 yaş kiçildən azərbaycanlı Teymur Məmmədov 16-17 yaşlı məktəbliləri məğlub edirdi.

Hər şey baş verənlərə laqeyd qalmayan bir adamdan başladı.  Onun adı İsa Qambulatovdur, o – güləş üzrə beynəlxalq dərəcəli hakimdir, Belçikanın  “Raeren 2006” klubunun vitse-prezidenttidir. Bir müddət öncə o, idman güləşi üzrə Beynəlxalq Federasiyanın məmuru ilə bəzi ölkələrdən olan idmançıların yaşlarını gizlətmələri ilə əlaqədar yazışmalar aparmağa başlayıb.

22 iyun tarixli məktubunda Qambulatov Avropa-2013 çempionu Teymur Məmmədovu göstərib. Onun iddialarına görə, bu 1991-ci ildə Rusiyada Saxa-Yakutiya respublikasında anadan olmuş, 3 saylı idman məktəbində İnnokenti Koçkinin yanında məşq edən Timur Məmmədovdur. 2008-ci ildə “Asiya uşaqları” beynəıxalq oyunların qalibi olub, həmin il bu yaş həddində  Ruisyanın birinciliyi uğrunda mübarizədə bürünc medala layiq görülüb, 2011-ci ildə - tələbələr arasında Rusiya çempionu medalını qazanıb. Sonra isə Qambulatov yazır ki, o tarixi vətəni Azərbaycan köçüb və Teymur Məmmədov olub. Və bu adla da gənc idmançıları məğlub etməyə başlayıb.

Rusiyada müxtəlif ixtisaslaşmış güləşçi forumlarında Məmmədovun hərəkəti sirr deyil – bu barədə məlum fakt kimi danışırlar. “23 yaşlı kişi uşaqlara qalib gəlir. Tfu!”, “Biyabırçılıq, rüsvayçılıqdır” – bu ən yumşaq rəylərdir.

Amma FİLA və MOK-un “hər şeyi bilməsi” – arqument deyil. Məmmədovun sənədləri tam qaydasındadır - əks halda onu yarışlara buraxmazdılar. Sübut yoxdur və onları tapmaq elə də asan deyil. Bunun üçün çox çalışmaq lazımdır.

Geri dön
Hadisələrdən həmən xəbərdar olmaq üçün avtomatlaşdırılmış TWITTERFACEBOOK hesablarımıza üzv olun.
Facebook hesabınız vasitəsilə xəbərlərə rəylərinizi bildirin.
Facebook hesabınıza daxil olun və aşağıdakı aktiv olacaq paneldə öz fikrinizlə bölüşün.