Dünya gözəlləri Bakıda futbol oynadı (FOTO)
  • Dünya gözəlləri Bakıda futbol oynayıblar, yoqa və idman dırmanması ilə məşğul olublar.

Nüfuzlu “Miss Globe International” 89-cu beynəlxalq gözəllik müsabiqəsinin finalçıları Bakıda futbol oynayıblar, yoqa və idman dırmanması ilə (climbing - süni divara dırmanma) məşğul olublar.

Məşğuliyyətlər beyəlxalq dərəcəli idman ustası Sahil İsgəndərovun rəhbərliyi altında keçirilib. İştirakçıların sözlərinə görə, onlar əsl enerji ehtiyatı və xeyli müsbət emosiya əldə ediblər.

“Miss Globe International” müsabiqəsinin finalı ilk dəfə olaraq Azərbaycanda sentyabrın 14-də “Baku Crystall Halll”da keçiriləcək.

Müsabiqə RGA (prezident Rasim Aydın) və Z COMPANY 2007 (prezident Zamiq Yunisov) şirkətləri tərəfindən təşkil edilib. Müsabiqədə 120 ölkənin nümayəndəsinin iştirakı gözlənilir. Müsabiqənin finalında iştirak etmək üçün xüsusi olaraq Bakıya məşhur ifaçılar və aktyorlar gələcəklər. Onların arasında Demet Akalın, Gürkan Uyqun, Gökhan Özen, Kaan Gülsoy və İnna, rəqqasə Asena və Rumıniyanın “Radio Killer” qrupu var. Müsabiqə dünyanın 70-dən çox ölkəsində yayımlanacaq.

“Miss Globe International” dünyada məşhur olan gözəllik müsabiqəsidir. Müsabiqədə irsi, dini inancı və milliyətindən asılı olmayaraq 18-24 yaşlı subay qızlar iştirak edirlər. Müsabiqə ilk dəfə 1925-ci ildə İstanbulda keçirilib.

Geri dön
Hadisələrdən həmən xəbərdar olmaq üçün avtomatlaşdırılmış TWITTERFACEBOOK hesablarımıza üzv olun.
Facebook hesabınız vasitəsilə xəbərlərə rəylərinizi bildirin.
Facebook hesabınıza daxil olun və aşağıdakı aktiv olacaq paneldə öz fikrinizlə bölüşün.