"Allah mənə daha bir fürsət verdi"
  • Müalicədən sonra ilk dəfə canlı efirdə danışan müğənni sürpriz hazırladığını deyib. Silahlı hücum zamanı başından yaralanan Tatlısəs uzun müddətdən sonra ilk dəfə canlı efirdə danışıb.

İbrahim Tatlısəs türk kanallarının birində canlı efirə telefon vasitəsilə qoşulub. Müalicədən sonra ilk dəfə canlı efirdə danışan Tatlısəs ağlamamaq üçün özünü güclə saxladığını deyib.
“Allahım mənə yaşamaq üçün ikinci şans verdi. Allahım mənə dostumu, düşmənimi tanımaq üçün fürsət verdi. Allahım izin versə, ekrana çıxsam, bunu hər kəsin üzünə deyəcəyəm. Hazırda hər şey superdir. Allah hər kəsi, hamımızı qorusun. Mən xəstə deyiləm, müalicə alıram. Haqq doğrunun yanındadır. Düşünün, silahlı hücumda biz yaralanırıq, amma sürücü yaralanmır. Yaralanmadığı üçün də bizi təcili xəstəxanaya aparır. Allahın varlığına bir daha inandım”, - deyə o bildirib.Canlı efirdə yanvarın 20-ə planlaşdırılan toyun tarixinin dəyişdirildiyini bildirən İbrahim Tatlısəs toyun dəqiq vaxtını gizlədib. “Toyumda özüm də mahnı oxuyacağam. Toyun vaxtını demirəm, qoy surpriz olsun. Toyda yalnız Sibel Can mahnı oxuyacaq. Sibel Canın mahnıları ilə rəqs edəcəyik”.

Geri dön
Hadisələrdən həmən xəbərdar olmaq üçün avtomatlaşdırılmış TWITTERFACEBOOK hesablarımıza üzv olun.
Facebook hesabınız vasitəsilə xəbərlərə rəylərinizi bildirin.
Facebook hesabınıza daxil olun və aşağıdakı aktiv olacaq paneldə öz fikrinizlə bölüşün.