İlham Əliyev Macarıstan prezidentini təbrik edib
  • “Əlaqələrimizn genişləndirilməsi yolunda birgə səylərimizi bundan sonra da davam etdirəcəyik”.

Azərbaycan prezidenti İlham Əliyev Macarıstan prezidenti Yanoş Aderə təbrik məktubu göndərib.

Dövlət başçısı məktubunda Macarıstanın milli bayramı münasibətilə Y.Aderi təbrik edib.

Qeyd olunub ki, Azərbaycanla Macarıstanı möhkəm dostluq və əməkdaşlıq münasibətləri birləşdirir:

“İnanıram ki, ikitərəfli əlaqələrimizin daha da genişləndirilməsi, qarşılıqlı maraq doğuran əməkdaşlığımızın dərinləşdirilməsi yolunda birgə səylərimizi bundan sonra da davam etdirəcəyik”.

AzərTac

Geri dön
Hadisələrdən həmən xəbərdar olmaq üçün avtomatlaşdırılmış TWITTERFACEBOOK hesablarımıza üzv olun.
Facebook hesabınız vasitəsilə xəbərlərə rəylərinizi bildirin.
Facebook hesabınıza daxil olun və aşağıdakı aktiv olacaq paneldə öz fikrinizlə bölüşün.