“Qarabağ” azarkeşlərə müraciət etdi
  • Avropa Liqasının qrup mərhələsinin IV turunda evdə “Dnepr”lə üz-üzə gələcək “Qarabağ” klubu oyun öncəsi saxta bilet satışının qarşını almaq üçün xüsusi tədbirlər həyata keçirməyi planlaşdırır.

“Qarabağ” - “Dnepr” matçının biletlərinin üzərinə ölkə xaricində hazırlanmış xüsusi holoqramlar vurulacaq.

Bu holoqram məxsusi “Qarabağ” üçün hazırlandığına görə onun saxtasını hazırlamaq mümkün deyil. Klub azarkeşlərə səslənərək biletin hər hansı fərdi şəxslərdən deyil, Tofiq Bəhramov adına Respublika stadionun kassalarından alınmasını xahiş edib. Holoqramı olmayan biletlərin etibarsız sayılacağı bildirilib.

Qeyd edək ki, “Qarabağ” - “Dnepr” matçının biletləri noyabrın 3-dən, saat 9:00-dan etibarən satışa çıxarılacaq.

Geri dön
Hadisələrdən həmən xəbərdar olmaq üçün avtomatlaşdırılmış TWITTERFACEBOOK hesablarımıza üzv olun.
Facebook hesabınız vasitəsilə xəbərlərə rəylərinizi bildirin.
Facebook hesabınıza daxil olun və aşağıdakı aktiv olacaq paneldə öz fikrinizlə bölüşün.