Prosineçki Azərbaycan millisinin baş məşqçisi olacaq
  • O, AFFA rəhbərliyi ilə Parisdə keçirilən görüşdən sonra ölkəmizdə işləməyə razılaşıb.

Futbol üzrə Azərbaycan yığmasını Serbiyanın "Crvena Zvezda" klubunun sabiq baş məşqçisi, Xorvatiya millisinin keçmiş oyunçusu Robert Prosineçki çalışdıracaq. Bu barədə Xorvatiya mətbuatı məlumat yayıb.

Məlumatda bildirilir ki, Prosineçki il AFFA rəhbərliyi arasında Parisdə görüş keçirilib. Təcrübəli mütəxəssis millimizi çalışdırmağa razıılıq verib. Baxmayaraq ki, ona Türkiyənin "Konyaspor" klubundan da təklif var.

Artıq noyabrın 4-də tərəflərin rəsmi müqaviləyə imza atacağı iddia olunur. Prosineçki ayın 16-da AÇ-2016-nın seçmə mərhələsi çərçivəsində baş tutacaq Azərbaycan - Norveç matçında yığmamızın sükanı arxasında olmalıdı.

Qeyd edək ki, Prosineçki vaxtilə Xorvatiya yığmasında baş məşqçi Slaven Biliçin köməkçisi olub.

Geri dön
Hadisələrdən həmən xəbərdar olmaq üçün avtomatlaşdırılmış TWITTERFACEBOOK hesablarımıza üzv olun.
Facebook hesabınız vasitəsilə xəbərlərə rəylərinizi bildirin.
Facebook hesabınıza daxil olun və aşağıdakı aktiv olacaq paneldə öz fikrinizlə bölüşün.