Çempionlar Liqasında IV turun oyunları keçirilib (NƏTİCƏLƏR)
  • Çempionlar Liqasında qrup mərhələsinin II dövrəsinə start verilib. Dortmund klubu evdə “Qalatasaray”a yenə qalib gəlməyi bacarıb.

IV turun qarşılaşmaları çərçivəsində 8 matç baş tutub. Bu oyunlar bəzi komandalar üçün həlledici xarakter daşıyıb.

Belə ki, 1/8 finala vəsiqə üçün 1 xal belə lazım olan B qrupunun lideri “Real” istəyinə çatıb. “Liverpul”u qəbul edən madridlilər 1:0 hesabı ilə qalib gəlib. Qrupun digər matçında “Bazel” “Ludoqorets”ı darmadağın edib – 4:0.

C qrupunda isə “Benfika”nın Çempionlar Liqası taleyinə aydınlıq gələ bilərdi. Lakin portuqaliyalılar “Monako”nu minimal hesabla (1:0) üstələməyi bacarıb.

“Bayer” isə Sankt-Peterburqda “Zenit”i 1:2 hesabı ilə məğlub edib.

D qrupunda isə “Borussiya” 1/8 finala çıxıb. Dortmund klubu evdə “Qalatasaray”a yenə qalib gəlməyi bacarıb. Bununla da “Cim-Bom” ÇL-də növbəti mərhələyə keçmə şansını itirib.

“Arsenal” isə doğma publika önündə “Anderlext”in müqaviməti ilə üzləşib. Hərəyə 3 qol vuran komandalar meydanda sülh bağlayıb.

Çempionlar Liqası

IV tur

4 noyabr

A qrupu

“Yuventus" - “Olimpiakos” - 3:2

Qollar: Pirlo, 21, Ximenes, 65-avtoqol, Poqba, 66 - Botia, 24, Ndinqa, 61

 

“Malmö” - "Atletiko” - 0:2

Qollar: Koke, 30, Qarsiya, 29

B qrupu

“Real” - “Liverpul” - 1:0

Qol: Benzema, 27

 

“Bazel” - “Ludoqorets” - 4:0

Qollar: Embolo, 34, Qonzales, 41, Qaşi, 59, Sukki, 65

C qrupu

“Zenit” - “Bayer” - 1:2

Qollar: Rondon, 89 - Son Heunq-Min, 68; 73

 

“Benfika” - “Monako” - 1:0

Qol: Talisca, 82


D qrupu

“Arsenal” - “Anderlext” - 3:0

Qollar: Arteta, 25-pen, Sançes, 29, Oksleyd-Çemberlen, 58 - Vanden Borre, 61; 73-pen, Mitroviç, 90

 

“Borussiya” - “Qalatasaray” - 4:1

Qollar: Roys, 39, Papastatopulos, 56, İmmobile, 74, Semih, 85-avtoqol - H.Balta, 70

Geri dön
Hadisələrdən həmən xəbərdar olmaq üçün avtomatlaşdırılmış TWITTERFACEBOOK hesablarımıza üzv olun.
Facebook hesabınız vasitəsilə xəbərlərə rəylərinizi bildirin.
Facebook hesabınıza daxil olun və aşağıdakı aktiv olacaq paneldə öz fikrinizlə bölüşün.