Çempionlar Liqasında IV turun oyunları keçirilib (NƏTİCƏLƏR)
  • Çempionlar Liqasında qrup mərhələsinin II dövrəsinin növbəti oyunları keçirilib.

IV turun qarşılaşmaları çərçivəsində ötən gün azarkeşlər 8 qarşılaşma izləyiblər.

E qrupunda lider “Bavariya” “Alyans Arena”da “Roma”nı sınağa çəkib. Bu görüşdə növbəti mərhələyə keçmək üçün “canavarlar” Almaniyadan xalla qayıtmaq niyyətində idi. Lakin Münhen klubu rəqibini 2:0 hesabı ilə məğlub edərək, xalını 12-ə çıxarıb və 1/8 finala vəsiqə qazanıb.

Aktivində 2 xalı olan “Mançester Siti” autsayder MOİK-i qəbul edib. Moskvalılar 9 nəfərlə qalan “şəhərlilər”i məğlub etməyi bacarıb – 1:2.

PSJ evində APOEL-lə 1:0, “Barselona” səfərdə “Ayaks”ya 2:0 hesabı ilə qalib gəlib.

G qrupunun vahid lideri “Çelsi” səfərdə “Maribor”un müqaviməti ilə üzləşib. Hesabda geri düşən London klubu 73-cü dəqiqədə Matiçin qolu sayəsində 1 xal qazanmağı bacarıb.

“Sportinq” doğma publika önündə “Şalke” ilə üz-üzə gəlib. Lisaabonda keçən qarşılaşmada qapılara 6 qol vurulub və meydan sahibləri qələbəyə seviniblər – 4:2

“Porto” “Atletik”dən (2:0), “Şaxtyor” BATE-dən (5:0) güclü olub. Bununla da İspaniya təmsilçisi 1/8 finala çıxma şansını itirib.

Qeyd edək ki, Çempionlar Liqasının qrup mərhələsinin IV turunda səfərdə “Ayaks”la görüşdə dubl edən “Barselona”nın futbolçusu Lionel Messi “Real”ın əfsanəvi hücumçusu Raul Qonzalesə çatıb.

Argentina milli komandasının forvardı Kataloniya klubunun 0:2 hesabı ilə qələbə qazandığı matçın əvvəlcə 36-cı dəqiqəsində meydan sahiblərini cəzalandıraraq, “Kral klubu”nun futbolçusu Kriştianu Ronaldoya 70 qolla şərik olub.

76-cı dəqiqədə daha bir dəfə fərqlənən Messi qollarının sayını 71 çatdırıb və ÇL-nin bombardirlər siyahısında Raulla birgə ilk pillədə qərarlaşıb.

Çempionlar Liqası

IV tur

E qrupu

“Bavariya” – “Roma”  - 2:0

Qollar: Riberi, 38, Qötse, 64

“Mançester Siti” - MOİK - 1:2

Qollar: Ture, 8 - Doumbia, 2; 34

F qrupu

PSJ – APOEL - 1:0

Qol: Kavani, 1

“Ayaks” – “Barselona” - 0:2

Qollar: Messi, 36; 76

G qrupu

“Maribor” – “Çelsi” - 1:1

Qollar: İbraimi, 50 - Matiç, 73

“Sportinq” – “Şalke” - 4:2

Qollar: Sarr, 26, Cefferson, 52, Nani, 73, Slimani, 90+1 - Slimani, 17-avtoqol, Aoqo, 88

H qrupu

“Atletik” – “Porto” - 0:2

Qollar: Martines, 56, Brahimi, 73

“Şaxtyor” – BATE - 5:0

Qollar: Srna, 19, Aleks, 48, Adriano, 58-pen; 83, 90+3

Apasport.az

Geri dön
Hadisələrdən həmən xəbərdar olmaq üçün avtomatlaşdırılmış TWITTERFACEBOOK hesablarımıza üzv olun.
Facebook hesabınız vasitəsilə xəbərlərə rəylərinizi bildirin.
Facebook hesabınıza daxil olun və aşağıdakı aktiv olacaq paneldə öz fikrinizlə bölüşün.