Çempionlar Liqasında görünməmiş hadisə baş verdi
  • Çempionlar Liqasında görünməmiş hadisə baş verib. Əvvəlki rekord isə “Benfika”ya məxsusdur.

“Şaxtyor” (Ukrayna) BATE (Belarus) ilə iki oyunun nəticəsində 12 top fərqilə qalib gəlib. Səfərdə 7 cavabsız qol vuran Donetsk təmsilçisi öz meydanında da 5:0 hesablı qələbəyə sevinib.

Bu nəticə isə 1992-ci ildən indiki adla keçirilən yarışın əsas mərhələsinin ən böyük darmadağınıdı. Ukraynalılar “Bavariya”nın (Almaniya) nailiyyətini arxada qoyublar.

Almanlar 2008/09 mövsümündə “Sportinq”i (Portuqaliya) 12:1 (5:0) hesabı ilə darmadağın etmişdi.

Əvvəl Çempionlar Kuboku adını daşıyan yarışın mütləq rekordu isə “Benfika”ya məxsusdu.

Portuqaliyalılar 1965/66 mövsümündə “Düdelanj”ı (Lüksemburq) 18 cavabsız qolla məğlub ediblər – 8:0, 10:0. Çempionlar Liqasının təsnifat mərhələsinin rekordunu isə HİK (Finlandiya) vurub. Skandinaviyalılar 2011/12 mövsümündə “Banqor Siti”yə (Uels) göz açmağa imkan verməmişdilər - 13:0 (3:0, 10:0).

Azərbaycan klublarının iştirakı ilə keçirilən Çempionlar Liqası cütlərində ən böyük hesab isə “Neftçi”nin Polşa “Vidzev”i ilə görüşlərinə təsadüf edib. 1997/98 mövsümündə Azərbaycan çempionu iki matçın nəticəsində 0:10 (0:2, 0:8) hesabı ilə uduzub.

Geri dön
Hadisələrdən həmən xəbərdar olmaq üçün avtomatlaşdırılmış TWITTERFACEBOOK hesablarımıza üzv olun.
Facebook hesabınız vasitəsilə xəbərlərə rəylərinizi bildirin.
Facebook hesabınıza daxil olun və aşağıdakı aktiv olacaq paneldə öz fikrinizlə bölüşün.