Qurban Qurbanov: Demişdik ki, qələbəni böyütmək lazım deyil
  • Azərbaycan çempionu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Avropa Liqasının qrup mərhələsi çərçivəsində Ukrayna “Dnepr”inə qarşı keçirdikləri oyundan sonra fikirlərini açıqlayıb.

O, 1:2 hesabıyla başa çatan qarşılaşmanı belə şərh edib:

- Əlbəttə, uduzmaq istəməzdik. Ən azından heç-heçə etmək istəyirdik. Bu gün “Dnepr”in əsl gücünü gördük. Uşaqlar sonadək döyüşdülər. Səhvlərimiz oldu. Gözləmədiyimiz vəziyyətlərdə qollar buraxdıq. Amma futbolçulara çox iradımız yoxdu. Artıq növbəti oyunumuzu düşünməliyik. Oradakı oyundan sonra demişdik ki, bu qələbəni çox böyütmək lazım deyil. Bu, uşaqlara təsir edə bilərdi”.

- “Qarabağ” ilk qolu buraxdığı oyunlarda dönüş yarada bilmir. Bunun səbəbi nədi?

- Sadəcə, istədiklərimizi edə bilmədik. Qol vəziyyətlərimiz olsa da, onlardan lazımınca yararlana bilmədik.

- Kənardan sizi hətta heç-heçənin də qane etdiyi hiss olunurdu...

- Biz heç-heçəyə oynamırdıq. Amma rəqibin gücünü də nəzərə almaq lazımdı. Biz sadəcə düzgün oynamağa çalışırdıq.

- “Dnepr”in heyətində kimin oyununu xüsusi qeyd edərdiz?

- Kaliniçin. Demək olar ki, bu oyunu o, təkbaşına qazandı. İrəli göndərilən topların 90 faizini o qəbul etdi. “Dnepr” bütün oyunu məhz onun üzərində qurmuşdu. Çox yaxşı hücumçudu.

- Hesab etmirsiz ki, “Qarabağ”ın komanda oyununda problem var?

- Kənardan elə görünə bilər. Futbol kollektiv oyundu. Düzdü, bir epizodda Muarem Leroyu görmədi. İnanmıram ki, o, həmin epizodda özü qol vurmağa çalışsın.

- Komandanızın qrupdan çıxmaq şansı barədə nə düşünürsüz?

- Öncədən biz qarşımıza qrupdan çıxmaq vəzifəsi qoymamışdıq. Şansımız hələ də var. “Sent-Etyen”lə səfər oyunumuz “Dnepr”lə Bakıdakı oyundan daha asan olacaq. Kiyevdəki qələbədən sonra bu oyundakı çıxışımız məni çox düşündürürdü. Fransadakı oyunda isə bu qədər təzyiq olmayacaq. Şans varsa, sonadək mübarizə aparmalıyıq.

Geri dön
Hadisələrdən həmən xəbərdar olmaq üçün avtomatlaşdırılmış TWITTERFACEBOOK hesablarımıza üzv olun.
Facebook hesabınız vasitəsilə xəbərlərə rəylərinizi bildirin.
Facebook hesabınıza daxil olun və aşağıdakı aktiv olacaq paneldə öz fikrinizlə bölüşün.