Ermənilər mövqelərimizi atəşə tutub
  • Cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimi ümumilikdə 24 dəfə pozulub.

Müdafiə Nazirliyindən verilən məlumata görə, erməni silahlı bölmələri Ermənistan Respublikasının Berd rayonunun Mosesqex kəndində yerləşən mövqelərdən Tovuz rayonunun Əlibəyli kəndində, İcevan rayonunun Berkaber kəndində yerləşən mövqelərdən Qazax rayonunun Qızılhacılı kəndində yerləşən mövqelərimizi atəşə tutublar.

Ağdam rayonunun Yusifcanlı, Sarıcalı, Füzuli rayonunun Aşağı Veysəlli, Xocavənd rayonunun Kuropatkino kəndləri yaxınlığında, həmçinin Goranboy, Xocavənd və Füzuli rayonlarının ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.

Düşmən cavab atəşi ilə susdurulub.

Geri dön
Hadisələrdən həmən xəbərdar olmaq üçün avtomatlaşdırılmış TWITTERFACEBOOK hesablarımıza üzv olun.
Facebook hesabınız vasitəsilə xəbərlərə rəylərinizi bildirin.
Facebook hesabınıza daxil olun və aşağıdakı aktiv olacaq paneldə öz fikrinizlə bölüşün.