Obama: Hillari Klinton prezident olsun
  • ABŞ prezidenti Barak Obama hesab edir ki, ölkənin keçmiş dövlət katibi Hillari Klintondan “əla prezident” alınar. O, bu barədə ABC telekanalına müsahibəsində bildirib.

Obamanın sözlərinə görə, o, müntəzəm olaraq onunla ünsiyyətdə olur və onu dostu hesab edir. “O, hər şeydə mənimlə razılaşmır. Amma bilirsiz ki, öz namizədliyini prezidentliyə verdiyiniz zaman öz mövqeyini tutmaq lazımdır”, - prezident deyib.

Amerika lideri bəyan edib ki, o, növbəti prezidentin onun Demokratik partiyasının nümayəndəsinin olmasını istərdi. “Ona görə də məndən asılı olan hər şeyi edəcəm ki, namizədin (demokratlardan) uğurundan əmin olum”, - o deyib.

Prezident ehtimal edib ki, onun növbəti seçki kampaniyası böyük nüfuza malik olmayacaq. “Mən hesab edirəm ki, Amerika xalqı yeni avtomobilin ətrini duymaq istəyir. Şəxsi olan bir avtomobilin – onlar yeni bir avtomobilin sükanı arxasına keçmək istəyirlər. Mənim kimi çox yol getmiş birinin yox”, - o əlavə edib.

Obamanın ABŞ əhalisi arasında son aylarda nüfuzu azalıb. Onun reytinqi rekord həddə enib. Bunun ucbatından ABŞ konqresinə noyabrın 5-də keçirilən ara seçkilərində Senatda əsasən respublikaçılar yer aldı.

Barak Obama 2009-cu ildə ABŞ-nın 44-cü prezidenti oldu. 2-ci müddətə o, 2012-ci ildə seçilib. Onun səlahiyyəti 2017-ci ildə başa çatır.

Geri dön
Hadisələrdən həmən xəbərdar olmaq üçün avtomatlaşdırılmış TWITTERFACEBOOK hesablarımıza üzv olun.
Facebook hesabınız vasitəsilə xəbərlərə rəylərinizi bildirin.
Facebook hesabınıza daxil olun və aşağıdakı aktiv olacaq paneldə öz fikrinizlə bölüşün.