Çay tortu
  • Eyni tipli şirniyyatlar yorub? O zaman dadlı, fərqli və hazırlanması asan olan bu resept məhz sizin üçün!

 

Tərkibi:

3 yumurta

1 stəkan şəkər tozu

0,5 stəkan çay dəmi

0,5 stəkan mürəbbə şirəsi

1 çay qaşığı soda

Təzə sıxılmış limon suyu

1,5 stəkan un

100 qram qoz

100 qram fındıq

Krem üçün:

1 qab qatılaşdırılmış süd

200 qram kərə yağı

Kremin hazırlanması:

Qatılaşdırılmış südü öz qabında 2 saat suda qaynadın. Soyuduqdan sonra kərə yağı ilə qarışdırın.

Tortun hazırlanması:

Yumurtanı şəkər tozu ilə çalıb, üzərinə çay dəmi və mürəbbə şirəsi əlavə edirik. Yaxşıca çaldıqdan sonra 1 çay qaşığı sodanı limon suyunda həll edib əlavə edirik. Sonda unu əlavə edib, əvvəlcədən isidilmiş sobaya qoyuruq.

Qeyd 1: Tavanı isidib, dibinə yağ sürtüb un səpmək və un qalıqlarını çırpıb sonra xəmiri tavaya tökmək lazımdır.

Qeyd 2: Tortu bişirməzdən əvvəl ərzaqlar soyuducudadırsa ən azı 3 saat qabaq çıxarın. Bu tortun yaxşı bişməsinə yardım edəcək. Və tortun xəmirini sobaya qoyduqdan sonra 20 dəqiqə qətiyyən açmayın.

Bişmiş korju ortadan kəsib arasına krem çəkin. Sonra üzərini üyüdülmüş qoz-fındıqla bəzəyin. Nuş olsun!

FOXnews.az
Xəbəri paylaşdıqda istinad mütləqdir.

 

Geri dön
Hadisələrdən həmən xəbərdar olmaq üçün avtomatlaşdırılmış TWITTERFACEBOOK hesablarımıza üzv olun.
Facebook hesabınız vasitəsilə xəbərlərə rəylərinizi bildirin.
Facebook hesabınıza daxil olun və aşağıdakı aktiv olacaq paneldə öz fikrinizlə bölüşün.