100 milyardlıq səfər
  • Bu gün Rusiya prezidenti Vladimir Putinin Türkiyəyə səfəri başlayır. Görüşdə əsas siyasi deyil, iqtisadi məsələlər müzakirə ediləcək. Putini səfər zamanı 10 nazir müşayiət edəcək.

Dünyanın gündəmində olan səfərdə əsas mövzu enerji məsələsi olacaq. İki ölkənin 2010-cu ildə açıqladığı 100 milyard dolarlıq ticarət dövriyyəsi hədəfini reallaşdırmaq üçün Türkiyəyə gələn Putin ölkə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşəcək.

Ərdoğan və Putin 2010-cu ildə razılaşdıqları milyarlarla dollarlıq dövriyyənin 2020-ci ilə kimi gerçəkləşməsi üçün nazirlərə tapşırıqlar verəcəklər.

Putinlə görüşdə Türkiyə vətəndaşları üçün bu ölkdədə vizası qala bilmə müddətinin 2 aya kimi uzadılmasını da tələb edəcək.

Putinin səfərindən öncə Ərdoğan "Qazprom"un sədri Aleksey Milleri qəbul edib. Görüşdə Rusiya ilə Türkiyə arasındakı təbi qaz alqı-satqısı ilə bağlı müzakirələr aparılıb.

Geri dön
Hadisələrdən həmən xəbərdar olmaq üçün avtomatlaşdırılmış TWITTERFACEBOOK hesablarımıza üzv olun.
Facebook hesabınız vasitəsilə xəbərlərə rəylərinizi bildirin.
Facebook hesabınıza daxil olun və aşağıdakı aktiv olacaq paneldə öz fikrinizlə bölüşün.