Roma papası: Türkiyə-Ermənistan sərhədləri açılsın
  • Roma papası Fransisk Türkiyə-Ermənistan sərhədlərinin açılmasını arzu etdiyini bildirib.

Papa Türkiyəyə 3 günlük səfərini tamamlayaraq Vatikana dönüb. Papa jurnalistlərə açıqlamasında Türkiyə-Ermənistan sərhədinin açılması məsələsinin onun qəlbində olduğunu bildirib:

“Kaş o sərhəd açılsa... O qədər gözəl bir şey olar ki... Mən o bölgədə sərhədlərin açılmasını çətinləşdirən geosiyasi problemlərin olduğunu bilirəm. Xalqlar arasında anlaşma olması üçün dua edək”.

Qeyd edək ki, papa Fransisk Türkiyəyə səfəri zamanı ölkə prezidenti Rəcəb Tayyib Ərdoğan, dini işlər üzrə idarənin rəhbəri Mehmet Görməz və digər rəsmi şəxslərlə görüşüb.

Geri dön
Hadisələrdən həmən xəbərdar olmaq üçün avtomatlaşdırılmış TWITTERFACEBOOK hesablarımıza üzv olun.
Facebook hesabınız vasitəsilə xəbərlərə rəylərinizi bildirin.
Facebook hesabınıza daxil olun və aşağıdakı aktiv olacaq paneldə öz fikrinizlə bölüşün.