Rafaello
  • Rafaellonu ev şəraitində necə hazırlamalı?! Ən sevimli şirniyyatınıza çevriləcək rafaellonu mütləq hazırlayın.

 

Ərzaqlar:

1 banka qatılaşdırılmış süd

200 q kərə yağı

1 st. badam içi

1 paket vanilli şəkər (və ya 1/5 ç.q. təmiz vanil)

200 q kokos yonqarı

Kərə yağı, qatılaşdırılmış süd və vanilli şəkəri çəngəllə əzin. Sonra kokos yonqarının yarısını (100 q) əlavə edin. Yaxşıca qarışdırıb bir neçə saatlığa soyuducuya qoyun. Badamı azca qovurun. Soyuducudakı qarışıq bərkiyəndə balaca kürələr hazırlayın. Hərəsinin içinə bir ədəd badam qoyun. Sonra bir hissəsini kokos yonqarına, bir hissəsini isə xırdalanmış badama batırın. Şirniyyatınız hazırdır. Nuş olsun!

FOXnews.az
Xəbəri paylaşdıqda istinad mütləqdir.

 

Geri dön
Hadisələrdən həmən xəbərdar olmaq üçün avtomatlaşdırılmış TWITTERFACEBOOK hesablarımıza üzv olun.
Facebook hesabınız vasitəsilə xəbərlərə rəylərinizi bildirin.
Facebook hesabınıza daxil olun və aşağıdakı aktiv olacaq paneldə öz fikrinizlə bölüşün.