Kremli banan və giləmeyvə deserti
  • Orijinal reseptdə müxtəlif meyvələrdən istifadə edilmişdir. Istəyə görə, deserti bir iri qab yerinə, paylıq stəkanarda, bakallarda da hazırlaya bilərsiniz.

 

Krem üçün:

2 stəkan + bir stəkanın dörtdə biri qədər süd

2 ədəd yumurta

14 xörək qaşığı şəkər tozu

4 xörək qaşığı un

2 xörək qaşığı qarğıdalı nişastası (kartof unuyla əvəz etmək olar)

2 xörək qaşığı təzə sıxılmış limon suyu

1 çay qaşığı vanil ekstraktı (və ya iki paket vanil tozu)

2 xörək qaşığı narın rəndələnmiş limon qabığı

1 xörək qaşığı kərə yağı

Meyvə layları üçün:

5-6 ədəd banan - yumru-yumru doğrayın

3-4 stəkan qarışıq morux, böyürtkən, və qaragilə (çiyələk və ya istədiyiniz başqa yumuşaq meyvələr də olar)

Bəzək üçün:

Təzə nanə yarpaqları

Hazırlanma qaydası:

Əvvəlcə kremi hazırlayın. Qazanda süd, yumurta, şəkər tozu, un, qarğıdalı nişastası və limon suyunu yaxşıca qarışdırın. Taxta qaşıqla qarışdıra-qarışdıra, kütlə qatılaşanadək bişirin, təxminən 2 dəqiqə. Kənara çəkib, vanil, limon qabığı və yağı əlavə edin. Mikserlə və ya mətbəx teliylə yağ əriyənə, və kütlə bir az soyuyanadək çırpın.

Banan dilimlərini ölçüsü 33 x 25 sm olan qalın şüşə qabın dibinə düzün. Üstünə giləmeyvələri yığın. İlıq kremi meyvələrin üstünə tökün. Qoyun soyusun. Üstünə mətbəx streçi örtüb, qabı nir neçə saat müddətinə soyuducuya qoyun. Süfrəyə verməzdən əvvəl desertin üstünü nanə yarpaqları ilə bəzəyin.

(Azcookbook)

 

Geri dön
Hadisələrdən həmən xəbərdar olmaq üçün avtomatlaşdırılmış TWITTERFACEBOOK hesablarımıza üzv olun.
Facebook hesabınız vasitəsilə xəbərlərə rəylərinizi bildirin.
Facebook hesabınıza daxil olun və aşağıdakı aktiv olacaq paneldə öz fikrinizlə bölüşün.