İslam Partiyası icazəsiz mitinqə hazırlaşır
  • Azərbaycan İslam Partiyası sədrinin müavini Akif Heydərli dekabrın 21-ə təyin olunan mitinq haqda danışıb.

A.Heydərli “Qafqazinfo”ya açıqlamasında bildirib ki, dekabrın 2-də Bakı Şəhər İcra hakimiyyətinə müraciət edilib: “Dekabrın 21-də “Məhsul” stadionunda mitinq keçirmək istədiyimizi bildirdik. Bu aksiya beynəlxalq aləmin Dağlıq Qarabağ probleminə ikili yanaşması, Ermənistana qarşı sanksiya tələbi, siyasi məhbusların azad olunması şüari ilə keçiriləcək.

İslam Partiyası rəsmən qeydiyyatdan keçə bilmədiyi üçün biz müraciəti yeni yaratdığımız Təşkilat Komitəsinin adından etmişik. Ötən dəfə noyabrın 16-ı üçün mitinq keçirməyə müraciət edəndə cavab verildi ki, başqa qurum askiya keçirəcək. Bu dəfə ümid edirik ki, icazə veriləcək. Çünki regionlarda olan tərəfdaşlarımız bizə təzyiq və təkid edir ki, rəsmi cavabdan asılı olmayaraq aksiya keçirilsin. Əgər icazə verilməsə, yerlərdə bu məhdudiyyətə məhəl qoyulmayacaq. Aksiyanın icazəsiz olsa da, keçiriləcəyi zərurəti yaradılıb. Belə bir hal olsa, Təşkilat Komitəsinin səlahiyyətindən kənar olacaq. Bakı meriyası müsbət cavab verməsə, ola bilsin “Məhsul”da icazəsiz aksiya keçirilsin.

Məktubu birbaşa Bakı Şəhər İcra Hakimiyyətinə təhvil vermişik. Aldığımız cavaba görə, məktub artıq müzakirə olunur. Yaxın günlərdə cavab veriləcək”.

Geri dön
Hadisələrdən həmən xəbərdar olmaq üçün avtomatlaşdırılmış TWITTERFACEBOOK hesablarımıza üzv olun.
Facebook hesabınız vasitəsilə xəbərlərə rəylərinizi bildirin.
Facebook hesabınıza daxil olun və aşağıdakı aktiv olacaq paneldə öz fikrinizlə bölüşün.