Bolqar bibərli toyuq salatı
  • Çox ləzzətli və asan salat reseptini siz də bəyənəcəksiniz.

 

Ərzaqlar

450 qram dərisiz və sümüksüz toyuğun döş əti

1/2 çay qaşığı duz (toyuğun qaynadığı suya əlavə etmək üçün)

1 ədəd qabığı soyulmuş xiyar (əgər təzə xiyarınız yoxdursa, onu turşu xiyarla əvəz edə bilərsiniz)

2 ədəd suda bişmiş və qabığı soyulmuş yerkökü

1 ədəd yaşıl Bolqar bibəri

1 ədəd qırmızı Bolqar bibəri

1 ədəd sarı və ya narıncı Bolqar bibəri

zövqə görə xırda doğranmış şüyüt

zövqə görə duz

zövqə görə istiot

4 xörək qaşığı mayonez və yaxud 2 xörək qaşığı mayonez və 2 xörək qaşığı xama (zövqə görə bu miqdarı artırmaq da olar)

1. Toyuq ətini duz əlavə edilmiş suda bişirin. Sonra süzün və kənara qoyun. Soyuduğunda, bıcaqla uzunsov doğrayın və ya da əlinizlə didin.

2. Xiyar, yerkökü və bibərləri nazik uzunsov şəkildə doğrayın.

3. Ərzaqların hamısını bir qaba qoyub qarışdırın. Soyuducuda ən azı yarım saat saxladıqdan sonra servis edin. Nuş Olsun!

(Azcookbook)

 

Geri dön
Hadisələrdən həmən xəbərdar olmaq üçün avtomatlaşdırılmış TWITTERFACEBOOK hesablarımıza üzv olun.
Facebook hesabınız vasitəsilə xəbərlərə rəylərinizi bildirin.
Facebook hesabınıza daxil olun və aşağıdakı aktiv olacaq paneldə öz fikrinizlə bölüşün.