Red Bull Peyğəmbəri təhqir etdi (VİDEO)
  • Red Bull-un reklam rəzaləti. İsa Məsihi reklam çarxında gülüş obyektinə çevirən şirkət geri çəkildi. Reklam süjetində İsa Məsih qayıqdan enir və su üzərində yeriməyə başlayır.

CAR-da yerləşən Red Bull kampaniyası İsa Məsihin su üzərində yeridiyi reklam çarxından imtina etməli olub.

Reklamın efirlərdən yığışdırılmasının səbəbi minlərlə inanclı insanların göndərdiyi şikayətlər olub.Reklamın süjetinə görə, İsa Məsih qayıqdan enir və su üzərində yeriməyə başlayır. Məsihin yanındakı apostollar söyləyirlər ki, onun su üzərində yeriməsinin səbəbi Red Bull-un “qanadlandırmasıdır”. İsa isə cavabında sadəcə harada daş üzərində yeriməli olduğunu bildiyini söyləyir.

Katolik kilsəsi nümayəndələri reklamın qadağa olunmasını tələb ediblər.Etirazların böyüməsinin digər bir səbəbi isə reklamın Pasxa bayramı ərəfəsində yayımlanması olub. Kilsə etirazlarını bildirmək üçün inanclı insanları Pasxa bayramına qədər Red Bull içməməyə çağırıb. Şirkət rəsmiləri isə insanların inanc və hisslərinə hörmətsizlik etmək istəmədiklərini və bibliya hekayəsindən sadəcə tanınmış fakt biri kimi istifadə etdiklərini bildiriblər.Reklam çarxı efirlərdə yalnız bir gün – 13-14 mart tarixlərində yayımlanıb.

Geri dön
Hadisələrdən həmən xəbərdar olmaq üçün avtomatlaşdırılmış TWITTERFACEBOOK hesablarımıza üzv olun.
Facebook hesabınız vasitəsilə xəbərlərə rəylərinizi bildirin.
Facebook hesabınıza daxil olun və aşağıdakı aktiv olacaq paneldə öz fikrinizlə bölüşün.