Abşeronda dəhşətli qəza: 2 ölü
  • Ötən gün Abşeron rayonu ərazisində ağır yol nəqliyyat hadisəsi baş verib. Məlumata görə, avtomobil təmirə dayanmış yük maşınına arxa tərəfdən çırpılıb.

Baş Dövlət Yol Polis İdarəsindən verilən məlumata görə, Bakı-Şamaxı yolunda 90 FR 970 nömrə nişanlı, “Nissan X Trail” markalı avtomobil yol kənarında təmirə dayanmış “KamAZ” markalı, 90 JS 318 nömrəli yük maşınına çırpılıb.

Nəticədə “Nissan X Trail”də olan sərnişin, 1993-cü il təvəllüdlü Bayramov Azad Etibar oğlu və yük maşınının sürücüsü, 1961-ci il təvəllüdlü İliçiç Aleksandr Dimitriyeviç hadisə yerində ölüb. Məlumata görə, avtomobil təmirə dayanmış yük maşınına arxa tərəfdən çırpılıb. Bu zaman “KamAZ”ın sürücüsü yol kənarında təmir işləri aparırmış. Zərbənin gücündən A.İliçiç də maşının altında qalaraq ölüb.

Faktla əlaqədar cinayət işi başlanılıb, araşdırma aparılır.

Geri dön
Hadisələrdən həmən xəbərdar olmaq üçün avtomatlaşdırılmış TWITTERFACEBOOK hesablarımıza üzv olun.
Facebook hesabınız vasitəsilə xəbərlərə rəylərinizi bildirin.
Facebook hesabınıza daxil olun və aşağıdakı aktiv olacaq paneldə öz fikrinizlə bölüşün.