Ancelina oğurluqda ittiham olundu
  • Aktrisa məhkəməyə verilib. Colinin rejissor debütü olan, premyerası 23 dekabra planlaşdırılan "Qan və bal ölkəsində" (In the Land of Blood and Honey) filmi yenə də qalmaqalın mərkəzindədir.

RadarOnline-nın yazdığına görə, Hollivud ulduzunu bu dəfə plagiatçılıqda günahlandırırlar. Xorvatiyalı jurnalist Ceyms Breddok (əsl adı Yosip Knejeviç ) öz etirazını məhkəmə iddiası formasında bildirib. İddiada göstərilir ki, ekran işinin süjet xətti bütünlüklə onun 2007-ci ildə yazdığı məqalədəki hadisələrlə üst-üstə düşür. Beləliklə, jurnalist iddia edir ki, o, 4 il əvvəl zorakılığa məruz qalmış və hərbi düşərgədə qula çevrilmiş qadının tarixçəsini yazıb. Hadisələrin oxşar gedişi Ancelina Colinin filminin əsasını təşkil edir. Və Breddok bunu müəllif hüquqlarının pozulması hesab edir. Jurnalist ona kompensasiya ödənilməsini tələb edir. İddiada söhbətin hansı məbləğdən getdiyi məlum deyil. Colinin vəziyyətə necə reaksiyası verdiyi bəlli deyil. Xatırladaq ki, "Qan və bal ölkəsində" filminin premyerasının 23 dekabrda ABŞ-da olacağı planlaşdırılıb. Colinin ssenarisini özü yazdığı ekran işinin adını "bal" və "qan" - balkan, türk sözlərindən götürüb. Filmin çəkilişləri ilə GK Films şirkəti məşğul olur. Filmdə baş rolu 27 yaşlı bosniyalı aktrisa Zana Maryanoviç oynayıb. Onun tərəf müqabili xorvatlı aktyor Rade Şeberdjiyadır. Qalan bütün aktyorlar keçmiş Yuqoslaviyadandır. Ancelina Coli özü filmdə aktrisa kimi görünmür.

Geri dön
Hadisələrdən həmən xəbərdar olmaq üçün avtomatlaşdırılmış TWITTERFACEBOOK hesablarımıza üzv olun.
Facebook hesabınız vasitəsilə xəbərlərə rəylərinizi bildirin.
Facebook hesabınıza daxil olun və aşağıdakı aktiv olacaq paneldə öz fikrinizlə bölüşün.