Hürrəm depressiyaya düşüb
  • Aktrisa çəkilişlərə başladıqdan iki ay sonra depressiyaya girib. M.Okay Məryəm Uzerli üçün psixoloq tutduqlarını da bildirib.

Türkiyədə yayımlanan "Muhteşem Yüzyıl" serialının ssenari müəllifi Meral Okay və rejissor Timur Savcı, "Hürrəm" xarakterini canlandıran aktrisa Məryəm Uzerlini 7 aylıq axtarışdan sonra tapdıqlarını açıqlayıblar. "Rejissorlarımızdan birinin psixoloq olmasının faydasını gördük. Çünki, Məryəm çəkilişlərə başladıqdan iki ay sonra depressiyaya düşdü. Bilmədiyi bir dil, tanımadığı bir ölkə, tanımadığı insanların arasında idi. Üstəlik, serial yayımlanmağa başlayandan 15-20 gün sonra küçəyə çıxırsan və insanlar üzərinə hücum edir. Sən də heç nə başa düşmürsən”, deyə M. Okay qeyd edib

Geri dön
Hadisələrdən həmən xəbərdar olmaq üçün avtomatlaşdırılmış TWITTERFACEBOOK hesablarımıza üzv olun.
Facebook hesabınız vasitəsilə xəbərlərə rəylərinizi bildirin.
Facebook hesabınıza daxil olun və aşağıdakı aktiv olacaq paneldə öz fikrinizlə bölüşün.