İradə İbrahimova sənətini dəyişdi?
  • Tanınmış müğənni İradə İbrahimovanın oxumaqdan başqa, bir istedadı da ortaya çıxıb. Müğənni rəssamlıq etməyə başlayıb.

Bu həvəs onda çoxdan olsa da, ailə qurub Türkiyəyə köçdükdən sonra rəsm kursuna yazılıb. İradə bununla həvəsində olduğu peşəni bir qədər püxtələşdirməyə nail olub. İndi onun evində əl işlərindən ibarət çox sayda rəsm əsərləri var. Müğənni Bakını tərənnüm edən fotolara üstünlük verir. Eyni zamanda o, məşhur rəssamların əsərlərini alıb, evində yerləşdirir. Müğənninin mətbuat katibi hələ sərgi haqqında düşünməyin tez olduğunu deyir: “Sərgiyə gəlincə, tələsmək istəmir. İradə xanım hələ əl qabiliyyətini bir qədər püxtələşdirmək istəyir. Əgər ictimaiyyəti belə bir göstərişə toplayırsa, orada hər bir əl işinin müsbət rəy almasını arzu etdiyini və bunun üçün bir qədər də mükəmməlləşmək lazım olduğunu deyir”.

Geri dön
Hadisələrdən həmən xəbərdar olmaq üçün avtomatlaşdırılmış TWITTERFACEBOOK hesablarımıza üzv olun.
Facebook hesabınız vasitəsilə xəbərlərə rəylərinizi bildirin.
Facebook hesabınıza daxil olun və aşağıdakı aktiv olacaq paneldə öz fikrinizlə bölüşün.