Britni Spirs kirayəyə köçür
  • Amerikalı müğənni Britni Spirs boşanandan bəri tənha olduğunu deyirdi. Lakin 30 yaşlı sənətçi indi sabiq agenti Ceyson Travikə ərə getməyə hazırlaşır.

"Entertaiment" bildirir ki, "Slave 4 U" adlı beynəlxalq turnesi başa çatandan sonra Spirs potensial əri və iki oğlu ilə birlikdə ABŞ-ın Kaliforniya ştatındakı Tauzend Oaks səmtindəki dəbdəbəli malikanəyə köçəcək. Spirs həmin malikanəni ayda 25 min dollara icarəyə götürüb.
Hayden Hillsdəki malikanəni seçərkən Spirs bu evi "lüks məkan" adlandırıb. İkimərtəbəli malikanədə 5 yataq və 6 vanna otağı var. Britninin oğulları - 6 yaşlı Şon Preston və 5 yaşlı Ceyden Ceyms də evi çox bəyəniblər.

Geri dön
Hadisələrdən həmən xəbərdar olmaq üçün avtomatlaşdırılmış TWITTERFACEBOOK hesablarımıza üzv olun.
Facebook hesabınız vasitəsilə xəbərlərə rəylərinizi bildirin.
Facebook hesabınıza daxil olun və aşağıdakı aktiv olacaq paneldə öz fikrinizlə bölüşün.