2011-ci ilin ən yaxşı müğənniləri
  • Dünyanın ən nüfuzlu musiqi jurnallarından biri "Billboard" 2011-ci ilin ən yaxşı müğənnilərini seçib. Reytinqin lideri britaniyalı Adeldir.

23 yaşlı müğənniyə həsr olunmuş məqalə "2011-ci il Adelin ilin oldu" sözləri ilə başlayır. "Billboard"un "İlin albomu" adlandırdığı "21" albomu satışa çıxandan sonra Adelin bu mahnılar toplusu dünyada 13 milyon tirajla satılıb. "2011-ci ilin ən yaxşı 100 mahnısı" reytinqinə bu albomdan "Rolling in the Deep" mahnısı liderlik edir. "Billboard" reytinqində R&B və hip-hop kateqoriyasında liderlər Lil Ueyn və Niki Minaj, ən yaxşı rok-qrupların siyahısının liderləri isə "Mumford & Sons", "Foster the People" və "Coldplay"dir.

"Billboard" jurnalının "2011-ci ilin ən yaxşı musiqiçiləri" reytinqinin ilk onluğu belədir:

1. Adel
2. Rianna 
3. Keti Perri 
4. Ledi Qaqa 
5. Lil Ueyn 
6. Bruno Mars 
7. Niki Minaj
8. Teylor Svift
9. Castin Biber 
10. Kris Braun.

Geri dön
Hadisələrdən həmən xəbərdar olmaq üçün avtomatlaşdırılmış TWITTERFACEBOOK hesablarımıza üzv olun.
Facebook hesabınız vasitəsilə xəbərlərə rəylərinizi bildirin.
Facebook hesabınıza daxil olun və aşağıdakı aktiv olacaq paneldə öz fikrinizlə bölüşün.