"Annanın sülh planı iflasa uğrayır"
  • ABŞ dövlət katibi Hilari Klinton mətbuat konfransında ABŞ-ın Kofi Ananın Suriyayla bağlı sülh planının potensial iflasına hazırlaşdığını qeyd edib.

“Təəssüf ki, Əsəd rejimi vədləri tez-tez pozur. Bunun üçün biz əlavə müşahidəçilərin yeridilməsinə kömək etməklə yanaşı, zorakılığın davam edəcəyi və ya müşahidəçilərin işi əngəllənəcəyi təqdirdə əlavə ölçülər götürməyə hazırlaşırıq”, deyə K. Annan bildirib.

Klinton ölçüllərin nə kimi tədbirlərdən ibarət olacağı ilə bağlı təfərrüatlara varmasa da, Suriyada müşahidəçilər monitorinqlərindən söz açıb. Dövlət katibi monitorinqlərdən sonra müşahidəçilərlə ünsiyyət qurmuş fəalların hədələnməsi və onlarla zorakı davranılmasını kəskin şəkildə pisləyib.

Klinton ABŞ və müttəfiqlərinin Kofi Annanın sülh planını dəstəklədiyini bir daha diqqətə çatdırıb.

Geri dön
Hadisələrdən həmən xəbərdar olmaq üçün avtomatlaşdırılmış TWITTERFACEBOOK hesablarımıza üzv olun.
Facebook hesabınız vasitəsilə xəbərlərə rəylərinizi bildirin.
Facebook hesabınıza daxil olun və aşağıdakı aktiv olacaq paneldə öz fikrinizlə bölüşün.