Ölkəmiz haqqında yeni reklam çarxı
  • "Eurovision"la əlaqədar ölkəmiz haqqında yeni reklam çarxı. Azərbaycanın reklam çarxında Leyla Əliyeva çəkilib.

"Eurovision 2012" mahnı müsabiqəsinin Bakıda keçirilməsi ilə əlaqədar Azərbaycan haqqında yeni reklam çarxı işıq üzü görüb. Heydər Əliyev Fondunun maliyyələşdirdiyi ingilis dilində olan reklam çarxı artıq beynəlxalq telekanallarda yayımlanır. Ölkəmizi tanıtdıran videoçarxda Heydər Əliyev Fondunun vitse-prezidenti, "Baku" jurnalının baş redaktoru Leyla Əliyeva çəkilib. 2 dəqiqəlik çarx Rusiyanın Shandesign studiyasında hazırlanıb. Ölkəmizi tanıtdıran reklam çarxında təbii sərvətlərimiz nümayiş etdirilir və Azərbaycanın "Odlar Yurdu" adlandırılmasının tarixindən danışılır. Videoda ənənəvi əl işi olan xalçalar, qədim musiqi alətlərimizi, adlı-sanlı Qarabağ atlarını, qədim memarlıq abidələrini və müasir inşaat layihələrini görmək olar.

 

 

Geri dön
Hadisələrdən həmən xəbərdar olmaq üçün avtomatlaşdırılmış TWITTERFACEBOOK hesablarımıza üzv olun.
Facebook hesabınız vasitəsilə xəbərlərə rəylərinizi bildirin.
Facebook hesabınıza daxil olun və aşağıdakı aktiv olacaq paneldə öz fikrinizlə bölüşün.