Ledi Qaqa rekord vurdu
  • Ledi Qaqa ən yüksək gəlirli müğənnilər reytinqində 1-ci yerdədir. "Forbes" jurnalının hesablamalarına görə, müğənni konsertlərindən və albomunun satışından bu il 90 milyon dollar qazanılıb.

Siyahının ikinci pilləsində albomunun satışından və adını daşıyan parfyumeriyadan 45 milyon dollar qazanan kantri-ifaçı Teylor Sviftdir. Keti Perri 44 milyon dollar gəlirlə bu ilə görə 3-cü yerdədir. Hamiləlik məzuniyyətinə getmiş Beyons 2011-ci ildə 35 milyon dollar qazana bilib və siyahıda 4-cü yerdə qərarlaşıb. Rihanna eyni zamanda nəhəng kosmetika şirkətlərindən biri ilə əməkdaşlığından 29 milyon əldə edərək, ən bahalı müğənnilərin beşliyini tamamlayır. "Forbes" jurnalının reytinqi albom satışlarından əldə edilən gəlirlərə, konsertlərin biletlərinə, həmçinin hüquqşünaslardan, prodüserlərdən və konsert təşkilatçılarından alınan məlumatlara əsasən tərtib edilib. Müğənnilərin gəlirləri hesablanarkən ödədikləri vergilər də nəzərə alınıb.

Geri dön
Hadisələrdən həmən xəbərdar olmaq üçün avtomatlaşdırılmış TWITTERFACEBOOK hesablarımıza üzv olun.
Facebook hesabınız vasitəsilə xəbərlərə rəylərinizi bildirin.
Facebook hesabınıza daxil olun və aşağıdakı aktiv olacaq paneldə öz fikrinizlə bölüşün.