Lopes bəxt üzüyünü hərraca çıxarıb
  • Məşhur müğənni, aktrisa Cennifer Lopes həyat yoldaşı Mark Entonidən ayrıldıqdan sonra ərini xatırladacaq bütün zinət əşyalarını satmaq qərarına gəlib.

Foxnews.az-ın İngiltərə mətbuatına istinadən verdiyi məlumata görə, hərraca çıxarılacaq zinət əşyaları sırasında Mark Entoninin C.Lopesə hədiyyə etdiyi 8,5 karatlıq göy brilliantlarla bəzədilmiş 4 milyon dollar dəyərində olan bəxt üzüyü də var. Bundan sonra Cennifer Lopesə ərini onun övladları Maks və Emmiyə bağışladığı hədiyyələr xatırladacaq. C.Lopes bu hədiyyələri hərraca çıxarmayıb. ”Cennifer həmişə belədir. O, keçmişi üzərindən adlayaraq irəli addımlamağa başlayacaq. O, hər şeydə belədir. O, keçmiş sevgililəri ilə qeyri-sağlam münasibətlərin əleyhinədir”, - deyə Cennifer Lopesin yaxın dostlarından biri bildirib.

Geri dön
Hadisələrdən həmən xəbərdar olmaq üçün avtomatlaşdırılmış TWITTERFACEBOOK hesablarımıza üzv olun.
Facebook hesabınız vasitəsilə xəbərlərə rəylərinizi bildirin.
Facebook hesabınıza daxil olun və aşağıdakı aktiv olacaq paneldə öz fikrinizlə bölüşün.