Mayklın əşyaları 1 milyona satıldı
  • Hərracda əldə edilən gəlir gözləniləndən 3 dəfə artıq olub. Ceksonun vəfatınadək son günlərini keçirdiyi malikanəsindəki şəxsi əşyaları hərraca çıxarılıb.

Əşyalar 1 milyon dollara satılıb. "Julien's Auctions” auksion evinin rəhbərliyi 2009-cu ilin iyun ayında dünyasını dəyişən sənətçinin 3 övladı ilə birlikdə yaşadığı malikanədən əşyaların gün boyu satıldığını bildirib. Daha öncə əşyalardan gələn gəlirin 200-400 min dollar olacağı proqnozlaşdırılsa da satış zamanı gələn gəlir bu məbləğdən 3 dəfə artıq olub. MayklCeksonun uşaqları tərəfindən yazılan yazı lövhəsi 5 min dollara, müğnninin şəxsən güzgüsünə qeydlər etdiyi qardirob isə 18 min 750 dollara satılıb. Qeyd edək ki, müğənninin 50 yaşında olarkən üstündə can verdiyi yatağın balıncı ailə üzvlərinin xahişi ilə hərracdan çıxarılıb. Pop kralının ilkin qiyməti 400-600 dollar olan yataq örtüyü, döşəyi isə 15 min 360 dollara satılıb.

Geri dön
Hadisələrdən həmən xəbərdar olmaq üçün avtomatlaşdırılmış TWITTERFACEBOOK hesablarımıza üzv olun.
Facebook hesabınız vasitəsilə xəbərlərə rəylərinizi bildirin.
Facebook hesabınıza daxil olun və aşağıdakı aktiv olacaq paneldə öz fikrinizlə bölüşün.