Sarkoziyə Türkiyədən iş təklifi (VİDEO)
  • Prezident seçkisində məğlubiyyətə düçar olaraq yerini rəqibi Fransua Ollanda təhvil verən Fransa dövlət başçısı Nikolas Sarkoziyə Türkiyədən iş təkilifi olub.

Paytaxt Ankara şəhərinin bələdiyyə sədri Melih Gökçek Sarkoziyə Türkiyədə saqqız fabriki açmağı məsləhət görüb. Sosial şəbəkə saytlarından ən çox istifadə edən siyasətçilərdən biri olan Gökçek bu barədə “Twitter” hesabında yazıb.

“Sarkozi seçkidə məğlubiyyətə uğradı. Türklərin yaddaşında isə saqqız hadisəsilə qaldı. Deyirəm gəlsin Türkiyədə saqqız fabriki qursun. Pula pul deməz. Fabriki Ankarada açmaq istəsə, söz verirəm ona pulsuz torpaq sahəsi tapacağam. Araşdırmalara görə bu çox qazanclı işdir. Sarkozi bu təklif barədə fikirləşsin”, - Gökçek qeyd edib.

Sarkozi üçün heykəl də qoyacaqlarını yazan Melih Gökçek “Twitter” təqibçilərindən bu heykələ ad qoymaq üçün yardım istəyib. “Bilirsiniz ki, Fransa Konstitusiya Məhkəməsi (qondarma “erməni soyqırımının” inkarını cinayət hesab edən) qanun layihəsini qəbul etmədi. Artıq Sarkozinin heykəlini qoyacağıq. Heykəlin adını isə siz qoyacaqsınız. Sarkozi heykəlinə nə ad təklif edirsiniz? :)”

Xatırladaq ki, 2009-cu ilin oktyabr ayında Fransa prezidenti Nikolas Sarkozi türklərin keçirdiyi tədbirin açılışı üçün Parisə gedən Türkiyə prezidenti Abdullah Gülü saqqız çeynəyərək qarşılamışdı. Rəsmi Ankara Fransa prezidentinə analoji addımı ataraq cavab vermişdi. Belə ki, Sarkozinin Türkiyəyə rəsmi səfəri zamanı Ankara bələdiyyəsinin sədri Melih Gökçek Fransa dövlət başıçısını saqqız çeynəyərək qarşılamış və eyni şəkildə yola salmışdı.

Geri dön
Hadisələrdən həmən xəbərdar olmaq üçün avtomatlaşdırılmış TWITTERFACEBOOK hesablarımıza üzv olun.
Facebook hesabınız vasitəsilə xəbərlərə rəylərinizi bildirin.
Facebook hesabınıza daxil olun və aşağıdakı aktiv olacaq paneldə öz fikrinizlə bölüşün.