“IB Club” Gənclər Məclisi (FOTO)
  • “IB Club” Yanvar ayında keçirilmiş “IB Gənclər Məclisi – Sənin vitaminin” tədbirindən sonra, ilin ikinci məclisini həyata keçirməyə hazırlaşır.

Layihənin məqsədi Azərbaycanda gənclər arasında yeni mədəniyyətin yaradılması və uğurlu gəncləri tanıtmaqla gənclər sektoruna töhfə verməkdir. 

“IB Club”-un ideyası və “Vita1000” meyvə şirələrinin baş sponsorluğu ilə keçiriləcək “IB Gənclər Məclisi” layihəsi quruluş baxımından ötən Məclisdən çox fərqli olacaq.

Gənclərin və gənc ruhlu şəxslərin uğurlarını, kəşflərini, yeniliklərini deyə biləcəkləri bir məclis yaradılmaqla, qurumun fəaliyyəti çərçivəsində fikir mübadiləsi, təqdimatlar və digər tədbirlər baş tutacaq. Bu məclisin spiker heyəti uğurlu karyera qurmuş, öz təşəbbüsləri ilə dəyişiklik, yenilik etmiş, gənc yaşlarında sahibkarlıq fəaliyyəti ilə məşğul olan ixtisaslı gənclərdir.

1. Murad İsayev – Psixoloq
2. İlkin Manafov – Marketinq Direktoru
3. Yusif Kərimli – Reportyor
4. Vüsal Qəmbərov – Marketoloq
5. Günay Əliyeva – HR Məsləhətçi
6. Elməddin Cəfərov – Aktyor
7. Renat Əzməmmədov – Marketing Direktoru
8. Ayaz Alışov – Şəxsi inkişaf təlimçisi
9. Roya Babayev – Bazar Araşdırma Mütəxəssisi
10. Aydın Əhmədov –Marka Rəhbəri
11. İsa Aydın – Fotoqraf
12. Hacıbəy Heydərov – Jurnalist
13. Leyla Əmirova – HR Mütəxəssis

Tədbirə 200 Gəncin iştirakıyla bərabər, müxtəlif şirkət rəhbərləri xüsusi dəvətnamələrlə qatıla biləcəklər.

Qeyd edək ki, sözügedən layihə May ayının 13-də “Beynəlxalq Ticarət Mərkəzində (ITC)” reallaşdırılacaq.

Layihənin baş Sponsoru “Vita1000” meyvə şirələri

Layihənin sponsorları: “Petkim”, “Pierre Cardin”, “Alma Store”, “belia” youth marketing, “Secret” kitab dünyası, “S&N”, “Bizim Tarla”, “LIB” dil dərsləri, “Desperado” musiqi məktəbi, “Vinni”, “25 Advert” reklam agentliyi, “NANO” kompyuter mağazaları, və “Velorent”.
Layihənin tərəfdaşı: YAP Gənclər Birliyi
Təşkilatı dəstək: Bakı Film İnistitutu, Gənclərin İnkişaf Mərkəzi

İnformasiya dəstəyi:
www.foxnews.az, www.inkisafmerkezi.az, www.resurs.az, www.azxeber.com,

Geri dön
Hadisələrdən həmən xəbərdar olmaq üçün avtomatlaşdırılmış TWITTERFACEBOOK hesablarımıza üzv olun.
Facebook hesabınız vasitəsilə xəbərlərə rəylərinizi bildirin.
Facebook hesabınıza daxil olun və aşağıdakı aktiv olacaq paneldə öz fikrinizlə bölüşün.