İbrahimov ATV-dən danışdı
  • “Telekanalın təsisçiləri ilə orada çalışan komanda arasında müəyyən fikir ayrılığı olub” “Azad Azərbaycan” Teleradio Şirkətinin təsisçiləri mənim ailə üzvlərimdir”.

Bunu açıqlamasında Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov “Azad Azərbaycan” Teleradio Şirkətində (ATV) baş vermiş kadr dəyişikliyinə münasibət bildirərkən deyib.

N. İbrahimovun sözlərinə görə, telekanalın təsisçiləri ilə orada çalışan komanda arasında televiziya yayımçılığına dair uzun müddətdir, davam edən müəyyən fikir ayrılığı olub: “Sonda təsisçilər tərəfindən komandanın yenilənməsi ilə bağlı qərar qəbul olundu. Hesab edirəm ki, yeni komanda Azərbaycan tamaşaçısının zövqünə uyğun, daha keyfiyyətli kanal quracaq. Bu dəyişiklik telekanalın inkişafına xidmət edəcək”.

Qeyd edək ki, telekanalın rəhbərliyində dəyişiklik baş verib. N. İbrahimovun qardaşı Tağı İbrahimov ATV-nin prezidentliyindən uzaqlaşdırılıb, bu vəzifəyə Vüqar Qaradağlı təyin edilib. Bundan başqa, N. İbrahimovun digər qardaşı, ATV-nin vitse-prezidenti Natiq İbrahimov və digər vitse-prezident Həsən Abdullayev də vəzifələrindən azad ediliblər.

Yeni prezident bu gündən vəzifəsinin icrasına başlayıb.

(APA)

Geri dön
Hadisələrdən həmən xəbərdar olmaq üçün avtomatlaşdırılmış TWITTERFACEBOOK hesablarımıza üzv olun.
Facebook hesabınız vasitəsilə xəbərlərə rəylərinizi bildirin.
Facebook hesabınıza daxil olun və aşağıdakı aktiv olacaq paneldə öz fikrinizlə bölüşün.