Kıvanç Erkanı məhkəməyə verdi
  • Aktyor təzminat davası açır. Kıvanç Tatlıtuğ "Best Model of the World" yarışmasının prezidenti, məşhur təşkilatçı Erkan Özermanı məhkəməyə verib.

Türkiyə mətbuatının verdiyi məlumata görə, Erkan Özermanın reportajlarının birində söylədiyi “Mədəniyyət məktəbdən alınır, ədəb evdən. Ana-atası belə Kıvanca mənim qədər dəyər vermədi", sözlərinə əsəbləşən məşhur aktyor, dünən vəkilinə göstəriş verib. Kıvanc Tatlıtuğun böyük qardaşı Tugay Tatlıtuğ "Böhtan və təhqir" iddiası açacaqlarını söyləyib: "Bu adamın nə etmək istədiyini hər kəs bilir. Amma yenə də həddini bildirmək lazımdır. Kıvanc indiyə qədər əfəndiliyindən susdu. Məsələyə anam və atam qarışdırılınca dayanmaq olmur. Məsələni məhkəmə yolu ilə həll edəcəyik, çox yüksək bir təzminat iddiası açırıq". Qeyd edək ki, Erkan Özermanın hər dəfə televiziya programlarında Kıvanç Tatlıtuğla bağlı maraqlı açıqlamalar verib. Türkiyə KİV-ləri növbəti açıqlamanın Erkan Özermanın Kıvanç Tatlıtuğla birlikdə çalışdıqları zamanlardakı seks hekayələri ola biləcəyini ehtimal edir.

Geri dön
Hadisələrdən həmən xəbərdar olmaq üçün avtomatlaşdırılmış TWITTERFACEBOOK hesablarımıza üzv olun.
Facebook hesabınız vasitəsilə xəbərlərə rəylərinizi bildirin.
Facebook hesabınıza daxil olun və aşağıdakı aktiv olacaq paneldə öz fikrinizlə bölüşün.