"Arsenal"ın baş məşqçisi Venger "Avro-2012"nin favoritini açıqlayıb
  • Klubun rəsmi saytına danışan fransalı mütəxəssis Portuqaliya millisinin turnirdə sürprizə imza atacağını bildirib.

"Portuqaliya millisi çox çətin qrupa düşüb. Almaniya və Hollandiya yığmaları bütün turnirlərin əsas favoriti olublar. Ancaq Portuqaliya yığmasında Ronaldo və Nani kimi futbolçular var.

Bu komanda daha öncəki turnirlərdə uğursuz çıxış etdiyi üçün "Avro-2012"nin favoriti hesab olunmur. Bu da onlar üçün əlavə üstünlük olacaq. İnanıram ki, Portuqaliya qrupdan çıxaraq sürprizə imza atacaq".

Qeyd edək ki, Portuqaliya millisi B qrupunda Almaniya, Hollandiya və Danimarla yığmaları ilə birgə mübarizə aparacaq.

Geri dön
Hadisələrdən həmən xəbərdar olmaq üçün avtomatlaşdırılmış TWITTERFACEBOOK hesablarımıza üzv olun.
Facebook hesabınız vasitəsilə xəbərlərə rəylərinizi bildirin.
Facebook hesabınıza daxil olun və aşağıdakı aktiv olacaq paneldə öz fikrinizlə bölüşün.