Argentinalı ulduzu Lionel Messi ata olur
  • "Barselona" futbol klubunun argentinalı ulduzu Lionel Messi ata olur. 24 yaşlı ulduz fulbolçunun sevgilisi Antonella Rokuzzo hamilədir.

Messi ölkəsindəki qəzetlərdən birinə açıqlamasında bu məlumatı təsdiqləyib: "Məncə oğlum olacaq. Daha öncə bu barədə bir şey söyləmirdik. Çünki şəxsi həyatımız haqqında danışmırıq. Amma bu barədə çox suallar verdilər. Biz də xoşbəxtliyimizi paylaşmaq istədik".

Qeyd edək ki, 3 dəfə "Qızıl top" mükafatını qazanan Messi ötən mövsüm "Barselona"nın heyətində 73 qol atıb.

Geri dön
Hadisələrdən həmən xəbərdar olmaq üçün avtomatlaşdırılmış TWITTERFACEBOOK hesablarımıza üzv olun.
Facebook hesabınız vasitəsilə xəbərlərə rəylərinizi bildirin.
Facebook hesabınıza daxil olun və aşağıdakı aktiv olacaq paneldə öz fikrinizlə bölüşün.