Arıqlamaq istəyən yosun yesin?
  • Su yosunlarından əldə edilmiş toxumaların olduğu bioloji əlavələr dietologiyada inqilab edə bilər.

Mütəxəssislərin dediklərinə görə, belə bioloji fəal əlavələr (BFƏ) qəbul olunarsa, izafi çəkidən daha tez qurtularaq arıqlamaq mümkündür.

«Reuters»bildirir ki, bununla belə, aparılan eksperimentlər zamanı bir çox BFƏ-ləri uzun müddət qəbul etmək mümkün olmayıb: səbəb isə onları uzun müddət qəbul edən insanlarda diareyanın müşahidə olunması, üstəlik, BFƏ-lərin xoşagəlməz tamıdır.

Alimlər su yosunlarının iştahı azaltmaq xassəsinə malik olmalarına çoxdan fikir vermişdilər. Lakin indiyədək yaradılan BFƏ-lər qarında köp yaratmaqla yanaşı, çox pis tama malikdilər.
Kopenhagen Universitetinin professoru Ern Estrup isə bildirir ki, yeni BFƏ idealdan uzaq olsa da, əvvəlki əlavələrdən xeyli yaxşıdır. Yeni BFƏ-nin əsasını yosunlardan alınmış allginat-qatılandırıcı təşkil edir.

Mədəyə düşəndə bu alginat genişlənir və qatı gel yaradır, bir neçə saatlıq toxluq effekti əldə olunur.

Yosunlarla məşğul olan alimlər isə tələsmirlər. Onlar müxtəlif yosunları sınaqdan keçirir, yeni BFƏ hazırlamağa çalışırlar.

Geri dön
Hadisələrdən həmən xəbərdar olmaq üçün avtomatlaşdırılmış TWITTERFACEBOOK hesablarımıza üzv olun.
Facebook hesabınız vasitəsilə xəbərlərə rəylərinizi bildirin.
Facebook hesabınıza daxil olun və aşağıdakı aktiv olacaq paneldə öz fikrinizlə bölüşün.