“Mercedes” qəza yerinə toplaşan 12 nəfəri əzib keçdi
  • Bu gecə saat 23.30 radələrində Bakının Nizami rayonu ərazisində dəhşətli yol qəzası baş verib.

Rayonun “Neftçilər” metro stansiyası yaxınlığındakı Rüstəm Rüstəmov küçəsində baş vermiş qəzada 12-dan artıq insan yaralanıb.

Ilk zəncirvari qəza “Mercedes” markalı minik avtomobilinin “VAZ-2107” markalı avtomobilə, ikincinin isə daha bir “VAZ 2107”yə çırpılması nəticəsində baş verib. Bu qəzada xəsarət alan olmasa da, qəzaya uğramış maşınların sürücülərinin mübahisəsi zamanı ətrafa xeyli insan toplaşıb. Bu zaman isə qarşıdan sürətlə gələn “Mercedes” markalı avtomobil idarəetməni itirərək, yolda toplaşanları əzib keçib.

Hadisə nəticəsində çoxlu sayda insan xəsarət alıb. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin xilasediciləri və təcili tibbi yardım maşınları gəlib.

Yaralılar Sabunçu rayonunda yerləşən 3 saylı şəhər xəstəxanasına gətiriliblər. Xəstəxanadan verilən məlumata görə, yaralıların heç birinin vəziyyəti ağır deyil, onların hamısının durumunun orta və orta-ağır olduğu bildirilib.

Xəstəxanadan deyilib ki, xəsarət alanlar arasında yalnız Zəkiyyə Şirinova
adlı bir qadın var, yaralılar arasında uşaq yoxdur: “Hazırda xəstəxana heyəti tam tərkibdə xəsarət alanlara tibbi yardım göstərir. Onların bəzilərinə artıq cərrahi müdaxiləyə başlanılıb. Qəzada yaralananlar arasında ayaq və qolundan xəsarət alan da, qarın boşluğu dəlinən də, kəllə-beyin travması alan da var. Bütün xəstələr müvafiq şöbələrə yerləşdiriliblər”.

Orta-ağır olan yaralıların adını öyrənib:

Saleh Həsənov

Valid Şirəliyev
Mirbala Abışov
Əmrah Ağacanov
Mahir İsmayılov
Əlisəfa Xəlilov

Nizami rayon Polis İdarəsindən isə lent.az-a polisin hadisə yerində olduğunu, müstəntiqin ərazidə ilkin araşdırmaya başladığını bildiriblər.

Geri dön
Hadisələrdən həmən xəbərdar olmaq üçün avtomatlaşdırılmış TWITTERFACEBOOK hesablarımıza üzv olun.
Facebook hesabınız vasitəsilə xəbərlərə rəylərinizi bildirin.
Facebook hesabınıza daxil olun və aşağıdakı aktiv olacaq paneldə öz fikrinizlə bölüşün.