Yaşar Nuri Bakıda: “İstəyirəm xəstələnməyim”
  • Xalq artisti evə təcili yardım maşınında getmək istəmədi. Akademik Milli Dram Teatrının aktyoru, “Şöhrət” ordenli, xalq artisi Yaşar Nuri Türkiyədə uzun müddət müalicə aldıqdan sonra Bakıya qayıdıb.

FOXnews.az-ın məlumatına görə, türkiyəli həkimlərin müşayiəti ilə gələn xalq artistini gətirən təyyarə iyunun 23-də, saat 20:00 radələrində Heydər Əliyev adına hava limanına enib. Sənətkarı qarşılamaq üçün qızları Ülkər və Ülviyyə, qohumları və Yaşar Nurinin yaxın dostu, xalq artisti Fİrəngiz Mütəllimova hava limanına gəliblər. Xalq artistinin çalışdığı Azərbaycan Dövlət Dram Teatrının kollektivinin aktyorları isə qarşılamya gələnlər arasında görünməyiblər.

Şən əhval-ruhiyyədə olan Yaşar Nuri ayaqüstü jurnalistlərə açıqlama da verib. Müsahibə zamanı da ənənəvi zarafatlarından qalmayan xalq artisti özünü yaxşı hiss etdiyini, Bakı və teatr üçün çox darıxdığını bildirib: “Həkimlər mənə çox yaxşı baxdılar. Dostlarım da diqqət göstərirdilər. Elə Firəngiz özü gündə 3 dəfə zəng edirdi, 4-cü də telefonu götürmürdüm. Ən çox sənətim üçün darıxmışam.Çünki mən əvvəl bu sənətə gəlmişəm, sonra evlənmişəm.Təyyarədən Bakıya baxmaq mənə zövq verdi. May ayında “Eurovision”a baxanda elə fəxr etdim ki. Buna görə cəsarətlə gəzirdim. Onsuz da həmişə cəsarətli yeriyirəm”.

Bundan sonrakı müalicəsinə gəlincə isə xalq artisti bildirib ki, həkimlərin dediklərinə əməl edərsə, səhhətindəki problemlər tezliklə aradan qalxacaq: “Yenidən xəstələnməyimi deyə bilmərəm. Camaat vəd verir ki, sevirəm, sonra sevmir. Hər şey Allahın əlindədir. İstəyərəm xəstələnməyim. Həkim deyənlərə əməl etsəm, hər şey yaxşı oalcaq. Bunun üçün siqaret və spirtli içkilərdən uzaq durmalıyam”.

Yaşar Nurini hava limanından evə aparmaq üçün təcili yardım maşını dayanmışdı. Lakin xalq artisti etriaz edərək, təcili yardımla getmək istəmədiyini söyədi. Həkimlərin və ailə üzvlərinin etirazından sonra o, ambulansla getməyə razılıq verdi.

Xalq artistinin həyat yoldaşı Rəhimə Dadaşova bildirib ki, Yaşar Nuri bir həftədən sonra əvvəl müalicə aldığı Gömrük xəstəxanasında müayinə olunacaq. Bir aydan sonra isə yenidən Türkiyəyə gedəcə

Geri dön
Hadisələrdən həmən xəbərdar olmaq üçün avtomatlaşdırılmış TWITTERFACEBOOK hesablarımıza üzv olun.
Facebook hesabınız vasitəsilə xəbərlərə rəylərinizi bildirin.
Facebook hesabınıza daxil olun və aşağıdakı aktiv olacaq paneldə öz fikrinizlə bölüşün.