Alla Puqacova ərə getdi!
  • Rusiyanın primadonnası Alla Puqaçova populyar yumorçu Maksim Qalkinə ərə gedib. Dünən Moskvada nikah idarələrindən birində münasibətlərini rəsmiləşdiriblər.

Rusiya mətbuatındakı informasiyaya görə, bu barədə ilk olaraq həmin mərasimdə iştirak edən müğənni Nikolay Baskov “twitter” səhifəsində yazıb: “Dostlar bu sensasiyalı xəbəri verən ilk adam mənəm! Mənim yaxın dostum bu gün evlənib. Ura!” Müğənni onu da əlavə edib ki, cütlük cümə günü rəsmi qeydiyyatdan keçib, şənbə günü isə əlamətdar hadisəni qeyd edəcəklər. KİV-ə sızan məlumata görə, gizli toyda gəlinlə bəyin yaxın dostları, o cümlədən müğənnilər Aleksandr Buynov və modelyer Valentin Yudaşkin öz həyat yoldaşları ilə birlikdə olacaqlar. Noyabrın ortalarında 62 yaşlı Puqaçova və 35 yaşlı Qalkin münasibətlərinin on illiyini qeyd etmişdilər. Komediya ustası həyat yoldaşını kənddəki evinə aparıb. 

Qalkin Puqaçovanın beşinci həyat yoldaşıdır...

Geri dön
Hadisələrdən həmən xəbərdar olmaq üçün avtomatlaşdırılmış TWITTERFACEBOOK hesablarımıza üzv olun.
Facebook hesabınız vasitəsilə xəbərlərə rəylərinizi bildirin.
Facebook hesabınıza daxil olun və aşağıdakı aktiv olacaq paneldə öz fikrinizlə bölüşün.