Tanınmış vəkil İsaxan Aşurov sabah dəfn ediləcək
  • Tanınmış vəkil və ictimai xadim İsaxan Aşurov sabah doğulduğu Gürcüstanın Bolnisi rayonunun Faxralı kəndində dəfn ediləcək.

Bu barədə mərhumun yaxınları məlumat verib. Bildirilib ki, İ.Aşurovun cənazəsi artıq ABŞ paytaxtı Vaşinqtondan yola salınıb. Cənazə Tiflisə gətiriləcək. Sabah saat 16-da isə Faxralı kəndində dəfn mərasimi keçiriləcək.

Qeyd edək ki, Azərbaycanın tanınmış hüquqşünası, vəkil İsaxan Aşurov iyunun 22-də Vaşinqtondakı xəstəxanada dünyasını dəyişib.

İ.Aşurov 1955-ci il avqustun 1-də Gürcüstanın Bolnisi rayonunun Faxralı kəndində anadan olub. 1972-ci ildə Faxralı kənd orta məktəbini bitirib, elə həmin il də Bakı Dövlət Universitetinin hüquq fakültəsinə qəbul olub. 1977-ci ildə həmin fakültəni bitirib. 1977-1981-ci illərdə Qazax rayon Polis Şöbəsində, 1981-84-cü illərdə Tovuz rayon Polis Şöbəsində müstəntiq, 1984-89-cu illərdə isə SSRİ DİN Baş İstintaq Qrupu istintaq briqadasının müstəntiqi vəzifəsində çalışıb. 1989-1991-ci illər ərzində Tovuz rayon Polis Şöbəsində istintaq bölməsinin rəisi, 1991-1992-ci illərdə Göyçay rayon Polis Şöbəsində baş müstəntiq, 1992-1993-cü illərdə Qazax rayon Polis Şöbəsinin rəisi vəzifəsində işləyib. 1993-cü ildə Sürət Hüseynovun dəstəsinə qarşı müqavimət göstərdiyi üçün həmin dəstə tərəfindən həbs edilib. 1994-cü ildə həbsdən azad olunub.

1996-cı ildən vəkil kimi çalışmağa başlayıb. Vəkillər Kollegiyasının üzvü olub.

Ailəlidir, 4 övladı var.

Geri dön
Hadisələrdən həmən xəbərdar olmaq üçün avtomatlaşdırılmış TWITTERFACEBOOK hesablarımıza üzv olun.
Facebook hesabınız vasitəsilə xəbərlərə rəylərinizi bildirin.
Facebook hesabınıza daxil olun və aşağıdakı aktiv olacaq paneldə öz fikrinizlə bölüşün.