Hamilə Natalya reklam çarxında
  • Uruqvaylı müğənni və aktrisa bunu doğma argentina meşələrini xilas etmək üçün edib. Natalya "Greenpeace" şirkətinin reklam çarxında iştirak edib.

Şirkətin Argentina şöbəsinin "İstəyirəm ki, mənim uşağım meşə görsün!" adlanan reklam kampaniyası "ağciyər planetləri" qorumağa səsləyir. Hələ 2007-ci ildə Argentina konqresi unikal subtropik meşələri məhvdən müdafiə etmək məqsədilə qanunvericilik irəli sürüb. Lakin, meşələr hələ də qanunsuz olaraq qırılır. Natalya Oreyro öz nümunəsi ilə dünya ictimaiyyətini bu ciddi problemə cəlb etmək istəyir. Xatırladaq ki, Natalyanın həyat yoldaşı - "Dividios" rok-qrupunun lideri Rikardo Molyudur. Bu uşaq "Vəhşi mələk" adlanan ulduzun ilkidir, Molonun isə əvvəlki nigahından artıq iki uşağı var.

 

Geri dön
Hadisələrdən həmən xəbərdar olmaq üçün avtomatlaşdırılmış TWITTERFACEBOOK hesablarımıza üzv olun.
Facebook hesabınız vasitəsilə xəbərlərə rəylərinizi bildirin.
Facebook hesabınıza daxil olun və aşağıdakı aktiv olacaq paneldə öz fikrinizlə bölüşün.