Cənubi Koreya prezidentin qardaşı həbs edildi
  • Zərərçəkmiş müştərilər Li San Dıkı yumurta atəşi ilə qarşılayıb. Cənubi Koreya prezidenti Li Men Bakın böyük qardaşı korrupsiyada şübhəli bilinərək həbs olunub.

Prokurorluğun iddiasına görə Li San Dık 2007-ci ildən bəri yoxlama zamanı cərimədən qurtulmaq istəyən iki bankın rəhbərliyindən rüşvət alırmış.

İstintaq zamanı onun  ümumilikdən 500 min dollardan çox gəlir əldə etdiyi bildirilir.

Məhkəmə binasının qarşısında Li San Dıkı adıçəkilən bankların zərərçəkmiş müştəriləri qarşılayıb. Onlar şübhəliyə yumurta atıblar.

Geri dön
Hadisələrdən həmən xəbərdar olmaq üçün avtomatlaşdırılmış TWITTERFACEBOOK hesablarımıza üzv olun.
Facebook hesabınız vasitəsilə xəbərlərə rəylərinizi bildirin.
Facebook hesabınıza daxil olun və aşağıdakı aktiv olacaq paneldə öz fikrinizlə bölüşün.