Ronaldonun nişanlısı yenə soyundu
  • İrina Şeyk “Maxim” jurnalının fotosessiyasına qatılıb. “Real” klubunun məşhur portuqaliyalı futbolçusu Kriştiano Ronaldonun nişanlısı İrina Şeyk soyunub.

Rusiyalı məşhur top-model kişilər üçün “Maxim” jurnalının ingilis versiyası üçün Yeni ilqabağı açıq-saçıq fotosessiyada iştirak edib. Bəzilərinin fikrincə, fotosessiyadakı şəkillərdə İrina Şeykin gözəlliyi Kriştiano Ronaldonun futbol oynamaq bacarığını da üstələyir. Qeyd edək ki, Kriştiano Ronaldo ilə İrina Şeykin toyu gələn ilin yayına planlaşdırılır. Bunadək isə Kriştiano Ronaldo Portuqaliya yığmasının tərkibində Avro-2012-nin final mərhələsində Almaniya, Hollandiya və Danimarka yığmaları ilə mübarizədə komandasına növbəti mərhələyə vəsiqə qazandırmağa çalışmalıdır. 

Geri dön
Hadisələrdən həmən xəbərdar olmaq üçün avtomatlaşdırılmış TWITTERFACEBOOK hesablarımıza üzv olun.
Facebook hesabınız vasitəsilə xəbərlərə rəylərinizi bildirin.
Facebook hesabınıza daxil olun və aşağıdakı aktiv olacaq paneldə öz fikrinizlə bölüşün.