Röya “əclaf” axtarır
  • Röya "Bir az da sən ağla mənim yerimə" klipinə 50 min avro xərclədiyini deyir. Bahalı kliplər çəkdirən Röyanın bu dəfəki klipinin dəyəri 50 min avrodur.

FOXnews.az-ın məlumatına görə, müğənni "10-lar" verilişində təkcə işıq və kamera xərclərinin 30 min avro tutduğunu deyib. Klip sözləri Azad İsayevə, musiqisi Nailə Mirməmədliyə aid "Bir az da sən ağla mənim yerimə" mahnısına çəkilir. 

Rəna Qulamovanın rejissorluq etdiyi klipi gürcülərdən ibarət yaradıcı heyət çəkir. Gürcüstan şirkətindən olan çəkiliş qrupu indiyədək klip çəkməyib, cizgi fimləri ekranlaşdırırb. Bütün kadrlar ayrı-ayrı kameralar tərəfindən çəkilir. Geyimlər də xüsusi olaraq klip üçün tikilib. 
Röyanın klipdəki tərəf-müqabili gürcülərdən ibarət çəkiliş qrupunun icraçı prodüseridir. Yerli modellərin xarici görünüşünün obraza uyğun olmadığını deyən ifaçı çıxış yolunu klipi çəkən şirkətin icraçı prodüserində tapıb: "Bizim kişi modellərin üzündə bir incəlik var, mənə isə əclaf lazım idi. Yəni mənfi obraza uyğun biri lazım idi".

Geri dön
Hadisələrdən həmən xəbərdar olmaq üçün avtomatlaşdırılmış TWITTERFACEBOOK hesablarımıza üzv olun.
Facebook hesabınız vasitəsilə xəbərlərə rəylərinizi bildirin.
Facebook hesabınıza daxil olun və aşağıdakı aktiv olacaq paneldə öz fikrinizlə bölüşün.