Zeynəb Xanlarovanın mahnısı Suriya müxalifətinin marşı oldu (VİDEO)
  • Suriyanın Hələb şəhərinin böyük hissəsini işğaldan azad edən müxaliflər şəhər meydanında mitinq keçiriblər.

Mitinqin ən maraqlı cəhəti isə bir zamanlar Zeynəb Xanlarovanın oxuduğu "Qal sənə qurban" mahnısının ərəb dilində səsləndirilməsi olub. Suriya müxalifətinin Hələbdə qələbəsini qeyd edən minlərlə adam mahnının ritmi altında rəqs ediblər.

"Qal sənə qurban" mahnısının sözləri şair Mikayıl Müşfiqə, musiqisi bəstəkar Ələkbər Tağıyevə məxsudur. SSRİ zamanında bu mahnı SSRİ xalq artisti Zeynəb Xanlarovanın ifasında Türkiyə və Azərbaycanda çox məşhur idi.

(azadliq.info)

Geri dön
Hadisələrdən həmən xəbərdar olmaq üçün avtomatlaşdırılmış TWITTERFACEBOOK hesablarımıza üzv olun.
Facebook hesabınız vasitəsilə xəbərlərə rəylərinizi bildirin.
Facebook hesabınıza daxil olun və aşağıdakı aktiv olacaq paneldə öz fikrinizlə bölüşün.